SOCAR qazma işlərinin həcmini artırıb

SOCAR qazma işlərinin həcmini artırıb
12:32 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı.2 mart.REPORT.AZ/Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 18 584 metr qazma işi həyata keçirilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 7 438 metri fevral ayının payına düşüb.
İki ay ərzində həyata keçirilən qazma işlərinin həcmi ötən ilin müvafiq ayları ilə müqayisədə 10%, fevral ayındakı iş həcmi isə ötən ilin fevral ayı ilə müqayisədə 5,6% çox olub.
Qeyd edək ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.2017-ci ilin fevral ayında qazmadan alınmış 7, il ərzində isə 13 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-qazma-islerinin-hecmini-artirib23434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR