14 yaşlı qıza porno şəkillər göndərən azərbaycanlı həbs edildi

14 yaşlı qıza porno şəkillər göndərən azərbaycanlı həbs edildi
12:33 2 Mart 2017
459 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Yujno-Saxalinsk şəhərində 29 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

O, 14 yaşlı məktəbli qıza seksual xarakterli təkliflər göndərməkdə təqsirli bilinir.

Məlumata görə, azərbaycanlı 2017-ci ilin yanvar və fevral ayları ərzində adı açıqlanmayan məktəbli qızın telefonuna mütəmadi olaraq porno şəkillər və video roliklər göndərirmiş.

Göndərilənlər barədə qız anasına məlumat verdikdən sonra, polis Azərbaycan vətəndaşını saxlayıb.

İlkin istintaq zamanı məlum olub ki, eyni foto və roliklər qızın rəfiqəsinə də göndərilirmiş.

Hazırda faktla bağlı istintaq gedir. (lent.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/189869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR