Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrə "Elektron hökumət" mövzusunda seminar keçirildi

Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrə "Elektron hökumət" mövzusunda seminar keçirildi
12:35 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Elektron hökumət" portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr üçün "Elektron hökumət" mövzusunda seminar təşkil olundu. Seminarda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri təqdimatla çıxış etdilər.

Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov tələbələrə İKT sahəsinin inkişafı, İT-karyera, həmçinin elektron hökumət və elektron imza mövzusunda ümumi məlumat verdi.

Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov elektron hökumətin infrastrukturu, əsas komponentləri, elektron xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları haqda təqdimat üzrə geniş məlumat verdi. Məruzəçi "Elektron hökumət" portalı üzərindən təqdim olunan elektron xidmətlər barədə ətraflı məlumat verərək portal üzərindən təqdim olunan bir çox elektron xidmətlərin məhz gənclər üçün nəzərdə tutulduğunu qeyd etdi.

Seminar tələbələrlə sual-cavab və müzakirələrlə davam etdirildi.

Qeyd edək ki, belə seminarların keçirilməsində məqsəd gənclərə elektron hökumət, elektron xidmətlər, elektron imza, elektron sənəd və sair barədə ətraflı informasiya vermək və onlarda praktiki biliklərin aşılanmasıdır.








Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46403-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR