Bakının mərkəzində 400 minlik avtomobil qəza törətdi: yaralılar var

Bakının mərkəzində 400 minlik avtomobil qəza törətdi: yaralılar var
12:37 2 Mart 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu, Sabit Orucov küçəsində "Bentley" markalı avtomobil ilə "KİA" markalı 99 OC 616 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə 51 və 26 yaşlı iki kişi ilə 26 və 23 yaşlı iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Yaralılar xəstəxanaya yerləşdirilib.
 
Qeyd edək ki, "Bentley" markalı avtomobillərin yenisinin qiymətləri 400-450 min manatdan başlayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR