Bələdiyyələrin büdcə məlumatlarını açıqlaması məcburiləşdirilir

Bələdiyyələrin büdcə məlumatlarını açıqlaması məcburiləşdirilir
12:42 2 Mart 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanda bələdiyyə büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitlə yerli əhalini tanış etmək məqsədilə məlumatları xüsusi lövhələrdə yerləşdirəcək.
“Report”un xəbərinə görə, bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.
Qanuna görə, yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə müstəqil auditorları cəlb edir.
Layihəyə əsasən, yerli əhalini tanış etmək məqsədilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən 1 ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdiriləcək.
Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/belediyyelerin-budce-melumatlarini-aciqlamasi-mecburilesdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR