Metro stansiyalarında hiss edilən qoxunun mənşəyi nədir? - FOTO

Metro stansiyalarında hiss edilən qoxunun mənşəyi nədir?  - FOTO
12:42 2 Mart 2017
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Metroda olarkən, xüsusən qatarın gəlişini gözləyərkən relslərə nəzər saldığımız zaman "qara rəngli" taxta parçalarını görürük. Bu taxta parçaları şpal adlanır və relslər onların üzərində durur. Bəs şpalların rəngi nə səbəbdən ağac rəngi üçün xarakterik olmayaraq qaraya çalır? Buna səbəb kreozot maddəsidir.

Milli.Az interaz-a istinadən xəbər verir ki, metro stansiyalarında olduğumuz zaman hiss etdiyimiz qoxu bu maddəyə məxsusdur. Kreozotdan şpalların çürüməsinin qarşısını almaq məqsədilə istifadə edilir.

Sözügedən maddə ilk dəfə 1830-cu ildə Karl fon Reyhenbah tərəfindən fıstıq ağacının qarayağından əldə edilib. Metro stansiyalarında hiss etdiyimiz bu qoxu insan səhhəti üçün zərərli deyil, yalnız bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilər. Nyu-York, Tokio, London, Minsk və Kiyev kimi şəhərlərdə bu xarakterik qoxu mövcud deyil.

Ümumilikdə maddədən dəmiryolları şpalları, digər metropoliten detallarında, eləcə də başqa yerlərdə istifadə edilir. Rəngsiz (bəzən sarımtıl və ya sarımtıl-yaşıl), suda çətin həll olan maddə daş kömür qarayağından, eləcə də neft və şist-neftdən əldə edilir. Sənayedə ən geniş yayılmış növü isə ağac və daş kömürdən alınan kreozotdur. Ağacdan əldə edilən kreozotdan vərəm xəstəliyində və antiseptik kimi istifadə edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR