Bələdiyyələr büdcə məlumatları ilə bağlı əhalini məlumatlandıracaq

Bələdiyyələr büdcə məlumatları ilə bağlı əhalini məlumatlandıracaq
12:47 2 Mart 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bələdiyyələr yerli büdcənin icrası ilə bağlı yerli əhalini məlumatlandıracaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Həmin qanunun 13-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, yerli əhalini büdcənin icrası ilə tanış etmək məqsədilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətində bələdiyyə binasının qarşısında xüsusi lövhədə yerləşdirilir.

Qeyd edək ki, yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR