"Biznesimdəki gəlirimi müğənniliyə yatırıram" - FOTO

"Biznesimdəki gəlirimi müğənniliyə yatırıram" - FOTO
12:47 2 Mart 2017
114 Şou
Ölkə mətbuatı
A- A+

Hazırda Ramiz Mirişlinin bəstələdiyi "Sevdalandım yaz gəlincə" mahnısı üzərində çalışırıq. Bu yaxınlarda onu da təqdim edəcəyəm. Yeni bir fars mahnısı da hazırlayıram. Amma adını deməyəcəyəm. Çünki desəm, sabah onu məndən qabaq yazdıra bilərlər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında müğənni Emil Bədəlov deyib. 

Bizneslə məşğul olan ifaçı onun yaradıcı işlərə mane olmadığını söyləyib. E.Bədəlov bildirib ki, əvvəlcədən planlarını açıqlayanda həmkarları ideyalarını oğurlayır:

"Elə bir mövzu olub ki, istəmişəm oxuyam. Ancaq saytlar yazanda ki, Emil belə bir mahnı üzərində çalışır, 3 gündən sonra eşitmişəm ki, sağ olsunlar oxuyublar artıq.

Biznesim heç vaxt müğənniliyimə mane olmur. Əksinə bir-birinə dəstəkdirlər. Lazım olanda o biznesdən götürüb, müğənnilik biznesimə yatırım edirəm".

Bir vaxtlar aktyor kimi fəaliyyət göstərən Emil yeni təkliflər aldığını söyləyib:

"Təkliflər arasında seriallar da, filmlər də var. Hələ ürəyimcə olanını tapa bilməmişəm. Komediya janrında oynaya bilmərəm, çünki mənlik deyil, bacarmaram. Amma dram, kriminal film olsa, çəkilə bilərəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/522526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR