ABŞ “F 25”-ləri havaya qaldırdı

Şimali və Cənubi Koreya arasında gərginlik səngimək bilmir.

Metbuat.az “İRNA” agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Cənubi Koreya ilə birlikdə hərəkət edəcəyini açıqlaması Şimali Koreyanı qəzəbləndirib. Bundan sonra ABŞ hərbi hava qüvvələri “F 25” qırıcılarını Koreya yarımadasına yola salıb. ABŞ-la yanaşı, Cənubi Koreya da hərbi təlimlərə başlayıb.

Şimali Koreya lideri Kim Çen In isə daima müharibəyə hazır olduqlarını və onlara qarşı ediləcək hücumu dəf edəcək qüdrətdə olduqlarını açıqlayıb.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR