AMB depozit hərracının büdcəsini yenidən artırıb

AMB depozit hərracının büdcəsini yenidən artırıb
12:57 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) depozit hərracı vasitəsilə cəlb etmək istədiyi vəsaitin həcmini yenidən artırıb.
Bu barədə “Report” AMB-yə istinadən xəbər verir.
Belə ki, qurum sabah keçirəcəyi depozit hərracında 200 mln. manat vəsait cəlb etmək niyyətindədir. Halbuki, bu rəqəm fevralın 27-də keçirilmiş hərracda 150 mln. manat olub. Başqa sözlə, depozit hərracının büdcəsi 33,3% artırılıb.
AMB-nin depozit hədəfinə yenidən baxması son hərracda tələbin təklifdən 31% çox – 196,5 mln. manat olması ilə bağlıdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-depozit-herracinin-budcesini-yeniden-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR