Bakıda tanınmış klinikada usta işləyən şəxs yıxılaraq ağır xəsarət alıb

Bakıda tanınmış klinikada usta işləyən şəxs yıxılaraq ağır xəsarət alıb
12:57 2 Mart 2017
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda tanınmış klinikada usta işləyən şəxs yıxılaraq ağır xəsarət alıb.
“Report”un xəbərinə görə, hadisə Ə.Naxçıvanı küçəsində yerləşən “MedEra” hospitalında qeydə alınıb.
Orada usta işləyən 1957-ci il təvəllüdlü Rövşən İbrahimov ehtiyatsızlıqdan müəssisənin birinci mərtəbəsindən yıxılaraq kəllə-beyin travması alıb. Yaralı həmin hospitala yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-taninmis-klinikada-usta-isleyen-sexs-yixilaraq-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR