14 yaşlı qıza porno şəkillər göndərən azərbaycanlı həbs edildi

14 yaşlı qıza porno şəkillər göndərən azərbaycanlı həbs edildi
13:05 2 Mart 2017
329 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Yujno-Saxalinsk şəhərində 29 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, 14 yaşlı məktəbli qıza seksual xarakterli təkliflər göndərməkdə təqsirli bilinir.

Məlumata görə, azərbaycanlı 2017-ci ilin yanvar və fevral ayları ərzində adı açıqlanmayan məktəbli qızın telefonuna mütəmadi olaraq porno şəkillər və video roliklər göndərirmiş. Göndərilənlər barədə qız anasına məlumat verdikdən sonra, polis Azərbaycan vətəndaşını saxlayıb. İlkin istintaq zamanı məlum olub ki, eyni foto və roliklər qızın rəfiqəsinə də göndərilirmiş.

Hazırda faktla bağlı istintaq gedir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/522531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR