Liviya sahillərində Türkiyə bayrağı altında üzən neft daşıyan gəmiyə hücum olub, 4 nəfər girov götürülüb

Liviya sahillərində Türkiyə bayrağı altında üzən neft daşıyan gəmiyə hücum olub, 4 nəfər girov götürülüb
13:12 2 Mart 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Türkiyə bayrağı altında üzən “Hacı Telli” adlı neft daşıyan gəmiyə Liviyanın Zvara limanı sahillərində hücum nəticəsində 4 nəfər girov götürülüb.
“Report” “T24”ə istinadən xəbər verir ki, gəminin göyərtəsində 11 nəfər olub.
Məlumata görə, onlardan 7-si sərbəst buraxılıb, 4 nəfər isə girov götürülüb.
Xəbərdə bildirilib ki, 5 nəfərdən ibarət silahlı qrup gəmiyə çıxaraq 4 nəfəri zorla qaçırıblar.
Girov götürülənlərin kimliyi və vətəndaşlığı hələlik məlum deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/region/liviya-sahillerinde-turkiye-bayragi-altinda-uzen-neft-dasiyan-gemi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR