Türkiyənin neft tankeri ekipajla birgə girov götürüldü

Türkiyənin neft tankeri ekipajla birgə girov götürüldü
13:32 2 Mart 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə bayrağı altında üzən "Hacı Telli" adlı neft daşıyan gəmiyə Liviyanın Zvara limanı sahillərində hücum nəticəsində 4 nəfər girov götürülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, gəminin göyərtəsində 11 nəfər olub.
Məlumata görə, onlardan 7-si sərbəst buraxılıb, 4 nəfər isə girov götürülüb.

Xəbərdə bildirilib ki, 5 nəfərdən ibarət silahlı qrup gəmiyə çıxaraq 4 nəfəri zorla qaçırıblar.
Girov götürülənlərin kimliyi və vətəndaşlığı hələlik məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR