Türkiyə gəmisi silahlılar tərəfindən qaçırıldı

Türkiyə gəmisi silahlılar tərəfindən qaçırıldı
13:33 2 Mart 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə bayrağı altında üzən “Hacı Telli” neft tankeri Liviyanın Zuvarah limanı sahilində qaçırılıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, gəmi heyətinin 11 üzvü girov götürülüb.

Məlumata görə, gəmini “Transpasifik Dənizçilik” şirkətindən kirayəyə götürən Efe adlı şəxs və onun liviyalı ortağı Zuvarah limanından daha əvvəl aldığı neftə görə 433 min dolları ödəməyib. Liviyalı iş adamının həmin məbləğin 280 min dollarını ödədiyi bildirilir.

Lakin gəmini qaçıran silahlı qrup borcun hamısı ödənilmədiyi halda gəmi heyətini sərbəst buraxmayacağını və tankeri hissələrə bölərək satacağını bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR