Banklar son 8 ildə 321 mlrd. dollar cərimələnib

Banklar son 8 ildə 321 mlrd. dollar cərimələnib
13:42 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Dünyada banklar terrorçuluğun maliyyələşdirilməsi və "çirkli pullar"ın yuyulması da daxil olmaqla müxtəlif qanun pozuntularına görə 2008-ci ildən indiyədək ümumilikdə 321 mlrd. ABŞ dolları həcmində cərimələnib.
"Report" bu barədə "Boston Consulting Group"un hesabatlarına istinadən xəbər verir.
Bu məbləğin yaxın illərdə artmağa davam edəcəyi gözlənilir. Belə ki, Avropa və Asiya nəzarət orqanları daha aqressiv olan Amerika nəzarətçilərindən nümunə götürməyə başlayır. 
Qeyd edək ki, təkcə 2016-cı ildə banklar 42 mlrd. dollar həcmində cərimələnib ki, bu da əvvəlki illə müqayisədə 68% çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/banklar-son-8-ilde-321-mlrd-dollar-cerimelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR