Ramil Usubov işdən çıxardığı polkovnikə YENİ VƏZİFƏ verdi

Ramil Usubov işdən çıxardığı polkovnikə YENİ VƏZİFƏ verdi
14:05 2 Mart 2017
316 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlov yeni vəzifəyə təyinat alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, S.Gözəlov DİN-in Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fonduna direktor təyin edilib.

Xatırladaq ki, bu ilin yanvar ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR