Millimiz hər 2 görüşdə rus klubuna uduzdu

Millimiz hər 2 görüşdə rus klubuna uduzdu
14:27 2 Mart 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın Stavropol şəhərində təlim-məşq toplanışında olan həndbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası yoxlama matçlarında qüvvəsini sınayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Georgi Voronovun baş məşqçi olduğu kollektiv yerli "Stavropolye-SKFU" klubu ilə 2 görüş keçirib.

Hər iki oyun Azərbaycan millisinin məğlubiyyəti ilə nəticələnib. İlk matçda rəqibinə 26:28 hesabı ilə uduzan yığma ikinci qarşılaşmada 6 top fərqi ilə məyus olub - 23:29.

Qeyd edək ki, bu, Azərbaycan millisinin Stavropolda ardıcıl dördüncü il keçirdiyi toplanış olub. Stavropol komandası ilə bütün görüşlər meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR