Yeməkdən sonra ağırlaşmanın səbəbi nədir?

“Yeməkdən sonra ağırlaşmanın başlıca səbəbi, uyğunsuz qidaların istehlakıdır”.

Bunu Metbuat.az-a açıqlamasında tanınmış həkim dietoloq Leyla Zülfüqarlı deyib.

“İnsanlarda yeməkdən sonra ağırlaşmalar, rahatsızlıqlar, dispeptik əlamətlər qidalardan alınan tərkib ilə birbaşa əlaqəlidir. Ümumiyyətlə, dietologiya elminin bəhs etdiyi kimi qidaların bir-biri ilə əlaqəsi var. Hər bir qidanın öz qrupu var və uyğunsuz qidaları qarışdırıb yemək mədə-bağırsaq problemlərinə, qıcqırma, köp kimi rahatsızlıqlara səbəb olur. Qızardılmış ətlərlə çörəyi birlikdə yemək orqanizmin sindirilmə prosesinə mənfi təsir edir. Eyni zamanda qızartmaların ardından içilən maye, xüsusilə, qara çay, qazlı içkilər də orqanizmdə problemlər yaradır. Polisaxarid qrupunun qidalarını (kartof, plov, makaron) un məmulatı ilə birlikdə həddindən çox qəbul etdikdə, metobolizmada pozğunluq yaranır. Bundan əlavə, asit tərkibli qidaların qarışdırılmasından əmələ gələn turş mühit mədənin selikli qişasının qıcıqlanmasına səbəb olur. Nəticədə, qastrit kimi xəstəliyin müxtəlif növləri yaranır.

Həkim dietoloq Leyla Zülfüqarlı qeyd edir ki, bu cür problemlərin yaranmaması üçün ilk növbədə, yemək qəbulundan sonra maye içilməməlidir. Ən azı bir saat, bir saat yarım arada fasilə edilməlidir. Qəbul olunan maye həddindən artıq isti olmamalıdır. Ən əsası uyğun olmayan qidalar bir-biriylə qarışdırılmamalıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR