Futbol tarixində yeni rekord

Futbol tarixində yeni rekord
14:47 2 Mart 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının XXV turu "Real" üçün əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" "Las Palmas"la matçda heç-heçə (3:3) etsə də, yeni rekord müəyyənləşdirib.

Belə ki, madridlilər ardıcıl 45-ci matçda rəqib qapısına yol tapmağa müvəffəq olublar. Bununla Zinəddin Zidanın yetirmələri İspaniya futbol tarixinə düşüblər. "Real" 1942-1944-cü illərdə ardıcıl 44 qarşılaşmada qol vuran əzəli rəqibi "Barselona"nın rekordunu yeniləyib.
 
Qeyd edək ki, "Real" sonuncu dəfə ötən il, aprelin 26-da Çempionlar Liqasının yarımfinal mərhələsində "Mançester Siti" ilə görüşdə fərqlənə bilməyib (0:0).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR