Cəlilabadda sürüşmə aktivləşib, bir neçə ev təhlükə ilə üzləşib

Cəlilabadda sürüşmə aktivləşib, bir neçə ev təhlükə ilə üzləşib
14:47 2 Mart 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 2 mart. REPORT.AZ/ Cəlilabad rayonunda qarın əriməsi sürüşmə zonalarında aktivliyi artırıb.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Sadatlı kəndində Yeddi Bulaq adlanan ərazidə bır neçə ev təhlükə ilə üzləşib. 
Artıq bəzi evlərin həyətlərində torpaq sürüşməsi nəticəsində iri çatlar əmələ gəlib. Kənd sakinlərinin sözlərinə görə, çatlara qar sularının dolması sürüşməni hər gün daha da artırır. Yerli sakinlər evlərinin sürüşmə nəticəsində uça biləcəyindən narahatdırlar.
Kənd üçün digər təhlükə isə təpəlik ərazilərdə sürüşən iri torpaq laylarının axaraq evlərə doğru hərəkət etməsidir.
Mövcud məsələ ilə bağlı kənd sakinləri Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasına məlumat veriblər.











Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-surusme-aktivlesib-bir-nece-ev-tehluke-ile-uzlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR