ASK: Onlayn alış-verişlə bağlı müəyyən suallar yaranıb

ASK: Onlayn alış-verişlə bağlı müəyyən suallar yaranıb
14:52 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ “Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) üzvlərinin ən çox nağd və nağdsız ödənişlərlə bağlı sualları yaranıb. Məhz buna görə də konfransın gedişi əsasən bu istiqamətdədir”. 
“Report” xəbər verir ki, bunu jurnalistlərə ASK-nın "Vergi sistemində aparılan islahatlar: vergi qanunvericiliyində və inzibatçılığında yeniliklər" mövzusunda iş adamları ilə keçirdiyi görüş haqqında məlumat verən qurumun baş katibi Orxan Bayramov deyib.
O.Bayramovun sözlərinə görə, sahibkarları maraqlandıran məsələlər sırasında elektron ticarətlə bağlı yeniliklər də var: “Kart vasitəsilə onlayn alış-veriş məsələləri ilə bağlı da müəyyən suallarımız var. Həmçinin, bank hesabından nağdlaşma zamanı əlavə 1%-lik vergiyə cəlb edilmə də müzakirə edilən məsələlər sırasındadır”.
Xatırladaq ki, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov və nazirliyin müxtəlif strukturlarının rəhbərlərinin iştirak etdiyi tədbirə 120-dən artıq sahibkar qatılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/ask-onlayn-alis-verisle-bagli-mueyyen-suallar-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR