Venger "Barselona"dan imtina etdi: "Getmirəm"

Venger "Barselona"dan imtina etdi:   "Getmirəm"
14:57 2 Mart 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın baş məşqçisi Arsen Venger klubuna sadiqdi. Mütəxəssisin 27-ci turun astanasında jurnalistlərə verdiyi cavab bunu deməyə əsas verir. 
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, Vengerin jurnalistin "Yayda Luis Enrikesiz qalacaq "Barselona"ya rəhbərlik etmək istərdiniz" sualına cavabı qəti olub.
"Xeyr, mən "Arsenal"da qalmağa üstünlük verirəm. Bu həmişə belə olub, arzularım dəyişmir. Başqa klublarda heç vaxt iş axtarmamışam. Diqqətimi həmişə "Arsenal"ın uğuruna və yaxşı oyun sərgiləməsinə yönəltmişəm".
Çindən təkliflə bağlı jurnalistlərin sualına Arsen Vengerin cavabı da maraqlı olub: "Çindən təklif? Başa düşmədim bu "Liverpul"la oyunöncəsi mətbuat konfransıdı, yoxsa mənim gələcəyim haqqında?"
Xatırladaq ki, Vengerin "Arsenal"la müqaviləsi 2016/17 mövsümünün sonuna qədərdi.
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-venger-quotbarselonaquotdan-imtina-etdi-t56631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR