"Qızıl top"un sahibi: "Ronaldonun mənə yaşatdığı qorxu hələ də canımdadır"

"Qızıl top"un sahibi: "Ronaldonun mənə yaşatdığı qorxu hələ də canımdadır"
15:05 2 Mart 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya yığmasının sabiq müdafiəçisi Fabio Kannavaro maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qızıl top"un qalibi futbolçu karyerasında qorxduğu hücumçunun adını açıqlayıb.

Kannavaro Braziliya yığmasının sabiq forvardı Ronaldonu tərifləyərək, ondan çəkindiyini etiraf edib: "Ona qədər və sonra qarşılaşdığım bütün futbolçuların sırasında yalnız Ronaldu canıma qorxu salırdı. O, "fenomen", bizim dövrün ən güclüsü idi. Ronaldo ilə ilk dəfə Braziliya və İtaliya yığmaları arasında keçirilmiş yoldaşlıq matçında üz-üzə gəlmişəm. Bu, DÇ-1998-dən öncə olmuşdu. Onunla eyni anda meydana çıxmaq qorxulu idi. Ronaldo qol vurmaq istəyirdisə, bunu edirdi. Əlbəttə, Braziliyada Romario, Roberto Karlos və Ronaldinyo kimi futbolçular da var idi, amma Ronaldo tam fərqli idi".
 
Kannavaro indinin özündə də canında Ronaldo qorxusunun qaldığını bildirib: "O, cəld, güclü və inanılmaz idi. Bir-birimizə qarşı həmişə hörmətimiz olub. Hələ matçdan öncə beynimdə onunla mübarizə aparırdın. Ronaldonun mənə yaşatdığı qorxunun nə vaxtsa canımdan çıxacağına şübhə edirəm. Onun kimi futbolçu məşqlərdə hər gün var gücünlə çalışmağa səni məcbur edir. Məhz Ronaldonun hesabına qorxu ilə necə mübarizə aparmağı öyrəndim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR