"Toppuş bacı": "Hazırda həkim nəzarətindəyəm" - FOTO

"Toppuş bacı": "Hazırda həkim nəzarətindəyəm" - FOTO
15:05 2 Mart 2017
643 Şou
Ölkə mətbuatı
A- A+

Aprelin 1-də filmimizin qala gecəsi olacaq. Hazırda səsləndirmə işləri gedir. "Cekpot"un tamaşaçılar tərəfindən bəyəniləcəyinə inanırıq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib. 

Hazırda başının "Qardaşlar" serialının çəkilişlərinə qatıldığını söyləyən "Toppuş bacı" ləqəbli aktrisa artıq çəki atmasından söz açıb:

"Arıqlamaq üçün pəhrizim davam edir. Hazırda həkim nəzarətindəyəm. Onun məsləhətləri ilə artıq çəkidən xilas olacağam. Ondan sonra isə bir plastik əməliyyat etdirməliyəm. Bununlada plastik əməliyyata son qoyacağam".

Yeni mənzilinə köçən T.Əliyeva hər ay kredit ödədiyini söyləyib:

"Kreditlə almışam, 54 kvadratmetr sahəsi var. Zaur Baxşəliyevin köməkliyi ilə aldıq, ilkin ödəniş ödəmədim. Amma 20 il kredit ödəyəcəm. İndi də hər ay gücüm çatan qədər krediti verirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/522580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR