"Qəbələ"dən AFFA-nın qərarlarına ilk REAKSİYA

"Qəbələ"dən AFFA-nın qərarlarına ilk   REAKSİYA
15:07 2 Mart 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi "Kəpəz"lə oyunda baş verənlərə görə "Qəbələ"ni sərt cəzalara məruz qoyub. Klub rəsmisi Səbuhi Qarayev 20, Səməd Nəsibov 10, Zaur Əzizov, Səbuhi Səfiyarlı, həkim Namiq Hüseynov 5, futbolçu Nika Kvekveskiri 3 oyunluq cəzalandırılıb, klub 38 min 400 manat cərimələnib.
İntizam Komitəsinin qərarları ilə bağlı "Qəbələ"nin baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Klub rəsmisi Fanat.Az-a açıqlamasında bunları dedi:
"İntizam Komitəsi öz başına qərar vermir. Protokolda nə qeyd olunubsa, ona uyğun qərar verilir. Ona görə də qərarı qəbul edənləri ədalətsiz adlandıra bilmərik. Oyunun protokolu bizdə var və qətiyyən razı deyilik. Düzdü, müəyyən kobudluqlar oldu. Amma bu bəlli çərçivədə oldu. Bu qərarlarla müqayisədə çox ağırdı. Ola bilər ki, apellyasiya şikayəti verək. Hər halda bununla bağlı klubun açıqlaması olacaq".
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotdn-affa-nn-qrarlarna-ilk-t56632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR