Paytaxtı dəyişdirilə bilər

İranın ali dini lideri Ayətullah Xameneyiyə paytaxtın başqa şəhərə köçürülməsini tələb edən məktub ünvanlanıb.

Metbuat.az xəbər verir ki, 73 deputatın imzaladığı məktubda hazırkı paytaxt Tehranda əhali sıxlığı, havanın çirkliliyi, zəlzələ riskinin çox olması kimi səbəblər yer alıb. 2013-cü ildə təsdiqlənən layihənin həyata keçirilməsini istəyən deputatlar şəhərsalma baxımından da səhvlərin olduğunu bildirərək, yanvar ayında 26 nəfərin həyatına son qoyan yanğın hadisəsini vurğulayıblar.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR