AVRO-2024 Türkiyədə keçirilə bilər

AVRO-2024 Türkiyədə keçirilə bilər
15:22 2 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, TFF prezidenti Yıldırım Demirören AVRO-2024-ə ev sahibliyi etmək üçün rəsmi ərizəni UEFA-nın baş katibi Teodor Teodorisə təqdim edib.

O, Avropa çempionatını ölkəsində keçirmək üçün bütün imkanların olduğunu qeyd edib:

"Avropada stadion baxımından bir nömrəyik. Beynəlxalq futbol ictimaiyyəti arasında Türkiyənin yerinin əvvəlkindən daha önəmli olduğunu bilirik. Türkiyə istənilən yarışı təşkil edəcək gücdədi. Ölkədə nəqliyyat cəhətdən də heç bir problem yoxdu".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR