Cəlilabadda sürüşmə aktivləşdi - EVLƏR TƏHLÜKƏDƏ - FOTO

Cəlilabadda sürüşmə aktivləşdi - EVLƏR TƏHLÜKƏDƏ - FOTO
15:22 2 Mart 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda qarın əriməsi sürüşmə zonalarında aktivliyi artırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, rayonun Sadatlı kəndində Yeddi Bulaq adlanan ərazidə bir neçə ev təhlükə ilə üzləşib. 

Artıq bəzi evlərin həyətlərində torpaq sürüşməsi nəticəsində iri çatlar əmələ gəlib. Kənd sakinlərinin sözlərinə görə, çatlara qar sularının dolması sürüşməni hər gün daha da artırır. Yerli sakinlər evlərinin sürüşmə nəticəsində uça biləcəyindən narahatdırlar.

Kənd üçün digər təhlükə isə təpəlik ərazilərdə sürüşən iri torpaq laylarının axaraq evlərə doğru hərəkət etməsidir.

Mövcud məsələ ilə bağlı kənd sakinləri Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasına məlumat veriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində











Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR