Avropa komissarı: "Aİ və Türkiyə arasındakı miqrasiya sazişi nəticə verir"

Avropa komissarı: "Aİ və Türkiyə arasındakı miqrasiya sazişi nəticə verir"
15:27 2 Mart 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) və Türkiyə arasındakı miqrasiya sazişi nəticə verir.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının daxili işlər, miqrasiya və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopoulos bildirib.
Onun sözlərinə görə, Türkiyədən Yunanıstana miqrant axını az olaraq qalır.
"Miqrasiya sazişi nəticə verir. Bir il əvvəl Yunanıstan gələn mühacirlərin sayı gündə orta hesabla 1700 nəfər idisə, bu gün orta günlük göstərici 47-yə bərabərdir" - Aİ komissarı Brüsseldə jurnalistlərə deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avropa-komissari-ai-ve-turkiye-arasindaki-miqrasiya-sazisi-netice-verir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR