"LUKoil" neft hasilatını 9% azaldıb

"LUKoil" neft hasilatını 9% azaldıb
15:32 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ İlkin məlumatlara görə, Rusiyanın “LUKoil” şirkəti 2016-cı ildə neft hasilatını əvvəlki illə müqayisədə 8,6% azaldıb.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, ötən il şirkətin neft hasilatı 91,992 mln. ton təşkil edib.
Məlumata görə, ötən ilin IV rübündə şirkətin neft hasilatı III rüblə müqayisədə 0,7% artaraq 22,69 mln. tona çatıb.
Ötən il ərzində “LUKoil” şirkətinin qaz hasilatı isə cüzi artaraq 20,3 mlrd. kubmetr təşkil edib. 2016-cı ilin IV rübündə şirkətin qaz hasilatı III rüblə müqayisədə 8,3% artaraq 5,1 mlrd. kubmetrə çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/lukoil-neft-hasilatini-9-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR