"Qəbələ" klubunun meneceri: "Gəncədəki oyunumuzda baş verənləri şişirdən şəxs var"

"Qəbələ" klubunun meneceri: "Gəncədəki oyunumuzda baş verənləri şişirdən şəxs var"
15:42 2 Mart 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ "İntizam Komitəsinin qərarlarında qeyri-adi heç nə yoxdur. Qurum üzvləri onlara təqdim olunan hesabata uyğun ölçü götürüblər. "Qəbələ" klubu olaraq, bu qərarlarla razılaşmırıq. Daxili toplantıda müzakirə aparıldıqdan sonra müvafiq açıqlama veriləcək". 
Bunu "Report"a açıqlamasında "Qəbələ"nin meneceri Zaur Əzizov AFFA İntizam Komitəsinin kluba tətbiq etdiyi cəzaları şərh edərkən deyib. O bildirib ki, Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində "Kəpəz" komandası ilə səfər oyununda baş verənlərə görə üzləşdikləri cəzalar həddən artıq ağırdır. Z.Əzizovun fikrincə, oyunun protokolunda qeyd olunanlar həqiqəti əks etdirmir. O, matçın baş hakimi Əliyar Ağayevin "Qəbələ"nin əvvəlki oyunlarında da səhvlərə yol verdiyini bildirib: "Yəqin ki, bu, Ağayevin sonuncu səhvi olmayacaq. İş ondadır ki, hakimlər briqadası dəhlizdən keçərkən, orada idim. Təzyiq-filan, belə hal baş verməyib. Bəli, ola bilər ki, bəzi klub nümayəndələri emosiayalarını cilovlaya bilməyib. Ancaq ümumilkdə potokolda qeyd edilənlər həqiqəti əks etdirmir. Ağayev bundan sonra da oyunlarımıza təyinat alsa, problem yoxdur. O, ötən mövsüm də vacib matçlarımızda səhvə yol verib. Həmişə də səhvlər bizə qarşı olub. Cari mövsümdə də belə hallar yaşanıb. Ancaq Əliyar Ağayev heç vaxt deyə bilməz ki, "Qəbələ" nümayəndələrindən kobud rəftar görüb".
Klub rəsmisi Gəncədə baş tutan oyunun fasiləsində yaşananları bilərəkdən şişirdən şəxsin olduğunu söyləyib. Z.Əzizov ad çəkmək istəmədiyini, klubun baş verənlərlə bağlı bəyanat yayacağını deyib: "Hakimləri qoruyan polislər var. Orada ciddi bir şey baş versəydi, bu məsələ başqa müstəvidə həll olunardı. Emosiyaların açıq şəkildə biruzə verən nümayəndələrimiz var idi. Bu, nə birinci dəfədir, nə də sonuncu. Biz də bu qədər ağır cəzanın səbəbini bilmək istəyirik. Hakimlərə etiraz bildirməyim ilk dəfə deyil. Əliyara bundan da kobud səhvləri ilə bağlı iradımız olub. Lakin bu, normal qaydada, qalmaqalsız baş verib. Bunu referinin özü də təsdiqləyə bilər. Gəncədəki oyunumuzda baş verənləri şişirdən şəxs var. Bununla bağlı açıqlama verəcəyik. Heç nə gizlin deyil. Yerində də bildirmişdik ki, futbol emosiyalarını şişirtməyə ehtiyac yoxdur".
Qeyd edək ki, AFFA İntizam Komitəsi "Kəpəz"lə səfər oyununda baş verənlərlə əlaqədar "Qəbələ"yə üst-üstə 38400 manat cərimə kəsib. Bundan başqa klubun futbolçusu Nika Kvekveskiri 3, klub rəsmiləri Səbuhi Səfiyarlı və Zaur Əzizov hərəyə 5, Səməd Nəsibov 10, Zaur Qarayev isə 20 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-klubunun-meneceri-gencedeki-oyunumuzda-bas-verenleri-sisirden-sexs-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR