Türkiyə prezidenti Suriyada yeni hədəfi açıqlayıb

Türkiyə prezidenti Suriyada yeni hədəfi açıqlayıb
15:42 2 Mart 2017
152 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Suriyanın Əl-Bab şəhərini azad etdikdən sonra Türkiyə Silahlı Qüvvətlərinin dəstəklədiyi Suriya azadlıq ordusunun yeni hədəfi Münbiç şəhəri olacaq.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, PYD (PKK-nın Suriya qanadı) terrorçuları şəhərdə yaşayan etnik ərəblərə məxsus Münbiç şəhərini tərk etməlidirlər.
Türkiyə prezidenti deyib ki, PYD terrorçuları tərəfindən yaradılmış Suriya Demokratik Qüvvələri (SDG) Rakkaya hücumda iştirak etməməlidir.
R.T.Ərdoğan Türkiyənin antiterror əməliyyatlarına Rusiya ilə əməkdaşlıq şəklində davam edə biləcəyini də istisna etməyib: "Müvafiq təklif alsaq, Rusiya ilə birlikdə mübarizə apara bilərik."
Dövlət başçısı vurğulayıb ki, Türkiyə hər hansı şəkildə Suriya ərazisinə nəzarəti əldə saxlamaq niyyətində deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidenti-suriyada-yeni-hedefi-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR