Beynəlxalq Muğam Mərkəzində "Bayatı-Şiraz dəstgahı" adlı konsert keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində "Bayatı-Şiraz dəstgahı" adlı konsert keçiriləcək
15:52 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Martın 9-da saat 18:00-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə "Bayatı-Şiraz dəstgahı" adlı konsert keçiriləcək.

Milli.Az bildirir ki, tədbirdə xalq artisti Simarə İmanova və onun tələbələri çıxış edəcəklər. Onların ifasında "Bayatı-Şiraz" dəstgahı səslənəcək. Müşayiət edir Azərbaycan Dövlər Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı ansamblı. Tədbirdə Azərbaycan aktyoru və bədii qiraətçisi, Azərbaycanın əməkdar artisti, ADMİU-nun dosenti Azad Şükürov da çıxış edəcək.

Biletləri şəhərin kassalarında, Asan Xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/522485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR