Ərdoğan: "Bu bizim üçün qəbuledilməzdir"

Ərdoğan: "Bu bizim üçün qəbuledilməzdir"
15:57 2 Mart 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

"ABŞ-ın Suriyanın Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə dəqiq planı yoxdur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistandan qayıdarkən təyyarədə türk jurnalistlərlə söhbətində deyib.

R.T.Ərdoğan qeyd edib: "Deyə bilmərəm ki, ABŞ-ın Rakka ilə bağlı dəqiq planı var. ABŞ Baş Qərargahının rəisi və MKİ direktorunun Türkiyəyə səfəri zamanı bu prosesdə müəyyən addım atıldı, lakin biz bunu "ilkin addım" adlandıra bilərik".

Dövlət başçısı bildirib ki, əsasən kürd qoşunlarından ibarət olan "Suriya Demokratik Qüvvələri" silahlı koalisiyası Rakkanın azad edilməsi əməliyyatında iştirak etməməlidir: "Bu bizim üçün qəbuledilməzdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR