Çavuşoğlu: “Çəkilməsə, vuracağıq!”

Çavuşoğlu: “Çəkilməsə, vuracağıq!”
16:03 2 Mart 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

“YPG Münbicdən çəkilməsə, vuracağımızı daha əvvəl də söylədik. Məqsəd şəhərin əsl sahiblərinə qaytarılmasıdır”.

Publika.az xəbər verir ki, bunu Ankarada jurnalistlərin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Əl-Babdan sonra Münbicə doğru hərəkət edəcəyik. Münbiç əməliyyatımız hələ başlanmayıb. ABŞ hərbi birliklərinin bölgədə olduğunu bilirik. ABŞ-dan tələbimiz YPG-nin dərhal Münbiçi tərk etməsi ilə bağlıdır”, - o bildirib.

Türkiyə xarici siyasət idarəsinin başçısının sözlərinə görə, Rakka əməliyyatını YPG ilə həyata keçirmək Suriyanın gələcəyini riskə atmaq deməkdir:

“Bu, bir terror düşərgəsinin yaranmasını təmin etməkdir. Bizim bu mövzudakı mövqeyimiz son dərəcə dəqiqdir, qətidir”.

Nazir Münbicdə ABŞ-la Türkiyənin toqquşma ehtimalını da qiymətləndirib:

“Bura ABŞ-ın torpaqları deyil, biz ABŞ əsgərləri ilə niyə qarşı-qarşıya gələk? Əgər ABŞ YPG-ni müttəfiq olaraq seçsə, o başqa məsəl. Elə bir razılaşmanın olmadığını bilirik”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR