Fransalı vəkil Xocalı soyqırımı ilə bağlı petisiya açdı

Fransalı vəkil Xocalı soyqırımı ilə bağlı petisiya açdı
16:05 2 Mart 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

"Change.org" saytında Xocalı soyqırımının tanınması ilə bağlı petisiya açılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, fransalı vəkil Oliver Pardo tərəfindən açılan petisiyanı imzalayanların sayı 8 mini keçib.
 
Petisiyada göstərilir ki, 1992-ci ilin 26 fevralında Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır.
 
Təəssüflə qeyd edilir ki, Fransa ictimaiyyətinin bu faciə haqqında az məlumatı var: "İnsan hüquqlarının ənənəvi müdafiəçisi, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin tanınmasına böyük önəm verən dövlət kimi Fransa bu soyqırıma münasibətdə fərqli mövqe tutmamalıdır". 
 
Petisiyada Fransa hökumətinə və beynəlxalq təşkilatlara müraciət edilərək Xocalı soyqırımının tanıdılmasına çağırış edilir.
 
https://www.change.org/p/petition-pour-faire-reconnaitre-le-massacre-de-khojaly?recruiter=686290955&utm_source=share_petition&utm_medium=email&utm_campaign=share_email_responsive
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/522620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR