Avropa Parlamenti fraksiya rəhbərinin deputat toxunulmazlığını götürüb

Avropa Parlamenti fraksiya rəhbərinin deputat toxunulmazlığını götürüb
16:07 2 Mart 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Brüsseldə Avropa Parlamenti Milli Cəbhə Partiyasının lideri və "Millətlərin və azadlıqların Avropası" parlament fraksiyasının rəhbəri Marin Le Penin deputat toxunulmazlığının götürülməsinə səs verib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qeyd edək ki, Marin Le Pen Fransada Nanter prokurorluğunun siyasətçinin "Twitter" səhifəsində İŞİD vəhşiliklərini əks etdirən fotoşəkillər yerləşdirməsi ilə əlaqədar başlatdığı istintaqda fiqurantdır.
M.Le Penin toxunulmazlığının götürülməsi ilə bağlı müraciət Fransa tərəfindən göndərilib. Amma ekspertlərin fikrincə, Avropa Parlamentinin qərarı siyasətçinin prezidentliyə namizəd kimi statusuna təsir etməyəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avropa-parlamenti-fraksiya-rehberinin-deputat-toxunulmazligini-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR