Dubaya getdiyi deyilən müğənnidən xəbər var

İllər öncə şou-biznesin ən fəal nümayəndələrindən olan müğənni Sevinc Ağaşirinovadan artıq uzun müddətdir ki, xəbər yoxdur. İfaçının ABŞ-a getməsi deyilsə də, bəzi məlumatlarda onun Dubayda yaşadığı bildirilir.

O, sosial şəbəkələrdən də yoxa çıxıb. Sevinc Ağaşirinovanın son prodüsseri və yaxın rəfiqəsi olan Nərgiz Hüseyinova Metbuat.az-a danışaraq, Sevincin Ukraynanın paytaxtı Kiyevə köçdüyünü deyib. Onun dediyinə görə, Sevinc Ağaşirinova Kiyevdə bizneslə məşğuldur.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR