İranda azərbaycanlı sahibkarlara GÜZƏŞT

İranda azərbaycanlı sahibkarlara GÜZƏŞT
16:12 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

"İranın Məşhəd şəhərində azərbaycanlı sahibkarlara hotel tikmək üçün güzəştlər təklif edilir".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında İranın Məşhəd şəhərinin icra başçısının  investisiya və əməkdaşlıq şöbəsinin sədri Məhəmmədrza Məzci deyib. O deyib ki, Məşhəd şəhərinin icra orqanı bu müqəddəs şəhərdə hotel tikmək istəyən azərbaycanlı iş adamlarına xüsusi güzəştlər təklif edir: "Onlara torpaq sahəsi ayrılacaq və tikinti üçün icazə veriləcək".
 
M.Məzci deyib ki, azərbaycanlı iş adamları bu təklifdən yararlanaraq Azərbaycandan Məşhəd şəhərinə ziyarətə gələn zəvvarların rifahını təmin etmək və onlara xidmətin daha yüksək səviyyədə göstərilməsini təmin edə bilər: "Azərbaycanlı iş adamlarına torpaq sahəsinin ayrılması, tikinti icazəsi, Məşhəd Şəhər İcra Hakimiyyətinin hotel tikintisi aparan iş adamları ilə şərik olması və digər bu kimi güzəştlər olacaq. Belə olduğu halda  tikinti aparmaq istəyən iş adamları yalnız tikintiyə vaxt ayıracaq. İcazə və torpaq üçün vaxt itirməyəcək."
 
Bundan əlavə, azərbaycanlı sahibkarlar icra orqanı ilə şərik ola bilər və iş adamı icra orqanının payını istəsə, bu pay sonradan ona satıla bilər.
 
M.Məzci Naxçıvan-Məşhəd dəmir yolunun əhəmiyyətindən də danışıb. Onun fikrincə, dəmir yollarının birləşdirilməsi Azərbaycan və İranın xeyrinə olacaq: "Ötən illərin təcrübəsi göstərib ki, Məşhəddə davamlı və inkişaf etməkdə olan iqtisadi potensial var. Bu proses getdikcə artmaqdadır. Əlbəttə, Məşhəd şəhəri də bu əlaqələrdə mənfəət qazanacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/522612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR