"Real" "Barselona"nı qabaqladı

"Real" "Barselona"nı qabaqladı
16:17 2 Mart 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının XXV turu "Real" üçün əlamətdar olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "kral klubu" "Las Palmas"la matçda heç-heçə (3:3) etsə də yeni rekord müəyyənləşdirib.

Belə ki, madridlilər ardıcıl 45-ci matçda rəqib qapısına yol tapmağa müvəffəq olublar. Bununla Zinəddin Zidanın yetirmələri İspaniya futbol tarixinə düşüblər. "Real" 1942-1944-cü illərdə ardıcıl 44 qarşılaşmada qol vuran əzəli rəqibi "Barselona"nın rekordunu yeniləyib.

Qeyd edək ki, "Real" sonuncu dəfə ötən il, aprelin 26-da Çempionlar Liqasının yarımfinal mərhələsində "Mançester Siti" ilə görüşdə fərqlənə bilməyib (0:0).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR