ECO-da Qarabağ münaqişəsinin yaratdığı əngəllər müzakirə edildi

ECO-da Qarabağ münaqişəsinin yaratdığı əngəllər müzakirə edildi
16:19 2 Mart 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

“Biz, İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsindən narahatlığımızı ifadə edirik”.

 

APA-nın məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) ötən gün Pakistanda keçirilən sammitinin yekun bəyannaməsində deyilir.

 

Bildirilir ki, bu münaqişə iqtisadi inkişafa və regionun iqtisadi potensialının tam reallaşmasına mane olur: “Bu münaqişə regional və daha geniş səviyyədə iqtisadi əməkdaşlığın inkişafına da mane törədir”.

 

Xatırladaq ki, İslamabadda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268938

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR