Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda 5.5 bal gücündə zəlzələ baş verib.

Metbuat.az-ın məlumatına görə, daha sonra 4.2, 3.8 və 4.4 bal gücündə ardıcıl yeraltı təkanlar qeydə alınıb.

Zəlzələ həmçinin Qaziantep, Batman, Şanlıurfa və Kahramanmaraş vilayətlərində də hiss edilib.

İlkin məlumata əsasən, xəsarət alanların olmadığı bildirilir.

Əsmər / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR