Dünyanı böyük təhlükə gözləyir

Dünya Meteorologiya Təşkilatı Antarktikadanın bəzi ərazilərində temperaturun 19,8 dərəcəyə qədər artması haqda müraciət yayıb.

Metbuat.az bildirir ki, Antarktidadakı ortalama istiliyin -10 ilə -60 dərəcə arasında dəyişməsi, buz təbəqəsinin isə 4,8 kilometr qalınlığında olduğu bildirilib. Temperaturun artması yenə müşahidə olunarsa, bu böyük fəlakətlərə səbəb ola bilər. Materikdə ən yuxarı temperaturun qeydə alındığı ərazi Cənubi Amerika qitəsinin ətrafındakı yarımadadır. Yarımadada hərarətin son 50 ildə 3 dərəcə artdığı müşahidə olunub.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR