Bu gün günorta saatlarında paytaxtın mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, qəza Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində, Heydər Əliyev adına sarayın qarşısında "Ford Transit" yük maşını "Vaz 2106" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrində ciddi ziyan dəyib. Qəzanın dəqiq səbəbi araşdırmanın gedişində məlum olacaq.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində