Skorsezenin 150 milyonluq yeni filmi Al Paçino və De Nironu "cavanlaşdıracaq"

Skorsezenin 150 milyonluq yeni filmi Al Paçino və De Nironu "cavanlaşdıracaq"
16:42 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Məşhur kinorejissor, aktyor, prodüsser və ssenarist Martin Skorsezenin yeni filminin büdcəsi aktyorların "cavanlaşma"sı üçün tələb olunan texnologiyadan istifadə ediləcəyinə görə 120-150 milyon dollar civarında olacaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "İrlandiyalı" filmində Robert De Niro, Al Paçino və Co Peşi çəkiləcəklər.
Film real hadisələrə əsaslanır və muzdlu qatil Frenk Şiran barədədir.
"İrlandiyalı" filmində De Niro, Al Paçino və Peşini 30, 50 və 70 yaşlı insan kimi göstərmək üçün bahalı texnologiyadan istifadə edilməsi planlaşdırılır.
Filmin hazırlıq prosesi uzun müddətdir davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/al-pacino-ve-robert-de-nironun-cavanlasma-si-yeni-filmin-budcesini-150-milyon-dollara-catdiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR