Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar

Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar
16:47 2 Mart 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, 14 dövləti təmsil edən hərbi attaşelik aparatının 17 nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib və onları maraqlandıran suallar cavablandırılıb.
Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.








Xəbərin orijinal ünvanı: https://report.az/herbi/xarici-olkelerin-herbi-attaseleri-heyder-eliyev-adina-azerbaycan-ali-herbi-mektebinde-olublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR