Şaxtada partlayış: 11 ölü, 24 itkin - VİDEO

Şaxtada partlayış: 11 ölü, 24 itkin - VİDEO
16:53 2 Mart 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Lvov vilayətində “Lvovuqol" Açıq Səhmdar Cəmiyyətinin 10 saylı “Stepov” şaxtasında partlayış baş verib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Fövqəladə vəziyyətlər üzrə Ukraynanın Dövlət İdarəsinin mətbuat xidməti isə partlayış nəticəsində 8 mədən işçisinin həlak olduğunu bildirib.

Qurumdan verilən məlumata görə, 6 nəfər zədələrlə xəstəxanaya çatdırılıb, 24 nəfərin taleyi isə naməlumdur.

Ukrayna Azad Həmkarlar İttifaqları Konfederasiyasının başçısı Mixail Volınet isə 11 nəfərin öldüyünü açıqlayıb.

Hazırda şaxtada xilasetmə işləri davam edir və koordinasiya qərargahı yaradılıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR