Zakir Nuriyev Azərbaycanda uçot dərəcəsinin artırılacağı ilə bağlı şayiələrə münasibət bildirib

Zakir Nuriyev Azərbaycanda uçot dərəcəsinin artırılacağı ilə bağlı şayiələrə münasibət bildirib
16:57 2 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasoyasının (ABA) sədri Zakir Nuriyev ölkədə uçot dərəcəsinin artırılacağı ilə bağlı bank dairələrində gəzən söz-söhbətə münasibət bildirib. "Report" xəbər verir ki, o, bununla bağlı qərarların Azərbaycan Mərkəzi Bankı tərəfindən cari vəziyyətə uyğun qəbul olunduğunu deyib.
"Mərkəzi Bank cari vəziyyəti təhlil edir və buna uyğun qərar qəbul edir. Bu məsələdə bankların rəyinin nəzərə alınması doğru olmazdı", - deyə Z.Nuriyev əlavə edib.
Xatırladaq ki, hazırda uçot dərəcəsi 15% təşkil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/zakir-nuriyev-azerbaycanda-ucot-derecesinin-artirilacagi-ile-bagli-sayielere-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR