​Nadir rastlanan xəstəlik!

O, tarazlıq problemləri və sarsıntı əlamətləriylə özünü büruzə verən nadir xəstəliyə tutulub.

Metbuat.az məlumat verir ki, 47 yaşındakı Antoinette Acosta çox nadir tapılan və müalicəsi olmayan xəstəliyə tutulub. Qadın xəstəlik üzündən hərəkət edə bilmir. Xarici KİV-in məlumatına görə, “heykəl insan" olaraq adlandırılan qadın bəzən sinəsindəki spazm səbəbiylə nəfəs belə ala bilmir.

Talesiz qadın alış-veriş etmək və duş almaq kimi gündəlik ehtiyaclarını yerinə yetirməkdə çətinlik çəkir. Saçlarını yumaq üçün qollarını qaldırdığında donub qalır.

Xəstəliyinin müalicəsi olmasa da, bir həkim verdiyi dərmanlarla xəstəliyin simptomplarını azalda bilib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR